• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 12.01.2023 20:35

Ensiklopodik elmi monoqrafiya çap olunacaq

KepezTV Player

"Heydər Əliyev ili"ndə Ulu öndərin irsinin, onun siyasi fəaliyyətinin araşdırılaraq tarixiləşdirilməsi vacib olan işlər sırasındadır. Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsində işin elmi əsaslandırılmış formada reallaşdırılması istiqəmətində plan icra edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Heydər Əliyev ili çərçivəsində bir sıra nəşrlər çap olunacaq. Artıq Ulu öndər Heydər Əliyevə həsr olunan ensiklopedik elmi monoqrafiyanın hazırlanmasına başlanılıb. Nəşrdə Heydər Əliyevin  ötən əsrin 69-cu ilindən bəri ilk dəfə gəldiyi şəhərin Gəncə olması, eləcə də hər gələndə şəhər haqqında böyük qərarlar verməsi əks olunacaq. Monoqrafiyada ümummilli liderin Gəncə haqqında dediyi fikirlər öz əksini tapacaq.

Fuad Əliyev AMEA-nın Gəncə bölməsinin sədri: Ulu öndərimizin bu illər ərzində Gəncə şəhərində gördüyü işlər hamısının ümumi nəticələrinin hamısı o kitabda enklopedik olaraq təqdim olunacaqdır. Ulu öndərimiz haqqında burada sərgi yaradacağıq. Məqsəd Gəncə bölməsində uluönədər haqqında nəşr olunan kitablar, məqalələr, tezislər bir daha elmi əməkdaşlarımıza, şəhər ictimayyətimizə çatdırılacaqdır. Ulu öndərimizlə bağlı dəyirmi masalar keçiləcəkdir. Ulu öndər elmin, sənayenin, aqrar sahənin, mədəniyyətin elə bir sahəsi yoxdur ki, Gəncəmizdə ona toxunmasın. Bu sahələr üzrədə alimlərimiz, elm adamlarımız toplaşıb öz fikirlərini insanlara çatdıracaqdır.

Akademiyanın Gəncə bölməsində ildə 4 dəfə nəşr olunan elmi xəbərlər jurnalında da "Heydər Əliyev ili" çərçivəsində xüsusi nömrələrin nəşri nəzərdə tutulur. Artıq bunun üçün ulu öndərin irsi ilə bağlı 100-dən artıq yerli və xarici alimin elmi əsərləri bir araya toplanıb. Jurnalın xüsusi buraxılışları ilin sonuna kimi mərhələli şəkildə nəşr ediləcək.

Elnur Həsənov AMEA-nın Gəncə bölməsinin elmi katibi: Eyni zamanda Nizamişünaslıq elmi jurnalının xüsusi nömrəsi uluöndərimizə həsr olunacaqdır. Burada ulu öndərimizin qərb bölgəsi ilə bağlı, Gəncə şəhərinin inkişafı ilə bağlı həyata keçirdiyi müdrik tədbirlərin xranoloji ardıcıllıqla öz əksini tapması nəzərdə tutulur. Şübhəsiz ki, manoarafiyyaların nəşri çox önəmlidir. Çünki ulu öndərin fəaliyyəti çox şaxəli və geniş olub. Bu fəaliyyəti əks elətdirmək üçün manaqrafiyyaların, kitabların, fundemental əsərlərin nəşri bu ilin ən böyük töhfələri olacaqdır.

Paralel olaraq il ərzində qərb bölgəsinin və Qarabağın tarixi, həmçinin vətən həqiqətlərinin dünyaya çatdırılması istiqamətində elmi fəaliyyətlər davam etdiriləcək.

Elnur Vahidoğlu