KepezTV Player
Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov görüşdə İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyətini Vətən müharibəsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi vurğulanıb. Hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.
- Baxış: 413