• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 12.01.2023 20:30

Xankəndi-Laçın yolunda dinc ekoaksiya davam edir

KepezTV Player

Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya 32 gündür davam edir. Aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər. Onlar da digərləri kimi Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya zamanı təhlükəsizlik qaydalarına riayət olunur, heç bir insident müşahidə edilməyib.

Şuşadan keçən Xankəndi-Laçın yolunda bu gün Rusiya sülhməramlılarına məxsus daha 26 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Xankəndi-Laçın yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər də keçib. Bu, bir daha onu sübut edir ki, yol humanitar məqsədlər üçün açıqdır.