• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 10.01.2023 20:42

Hulusi Akar azərbaycanlı qazilərlə görüşüb

KepezTV Player

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edib. Azərbaycanın "Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir deyib ki, Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "Eyni ananın iki oğlu"dur. Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.