• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 10.01.2023 20:30

Federasiya məşqçilər üçün təlimlər təşkil edir

KepezTV Player

Ağır atletika federasiyasına yeni təyin edilən rəhbərlik ötən ilin əvvəlindən başlayaraq bu idman növünün inkişaf etdirilməsi istiqamətində bir sıra işlər həyata keçirir. Son illər eniş dövründə olan ağır atletika növü ilə məşğul olan yalnız idmançılara diqqət yetirilmir, eyni zamanda məşqlərin, bu sahədə çalışan mütəxəssislərin də bilik və bacarıqlarını artırmaq üçün də mühüm işlər görülür.

Bu mənada federasiya tərəfindən həm Bakı, həm də regionlardan olan çalışdırıcılar üçün seminarlar təşkil edilir, onlara yeni biliklər aşılanır. Həmçinin, baş tutan təlimlərdə praktiki bacarıqlarla yanaşı, məşqçilər imtahan da verirlər. Onların inkişaf etdirilməsi üçün il ərzində təşkil edilən kurslar ölkədə ağır atletika üzrə fəaliyyət göstərən mütəxəssislərin təcrübələrini daha da təkmilləşdirməyə və məşqlərini müasir formada keçmələrinə şərait yaradır.

Bundan başqa bölgələrdə açılan yeni klublara məşqçilər dəvət edilərək ağır atletikada kütləviliyə nail olmaq üçün işlər görülür.

Milli komandanın baş məşqçisi Emil Əliyev qərb bölgəsində ağır atletika məşqçilərinin böyük potesiala malik olduqlarını deyib. Bu baxımdan da çalışdırıcı yığma üzvlərinin bir çoxunun bu regionda yetişdiyini söyləyib.

Ağır Atletika federasiyası 2023-cü ildə də məşqçilər üçün seminarlar, təlimlər, kurslar təşkil etməyi planlaşdırır. Bu istiqamətdə yalnız paytaxtda deyil, bölgələrdə də çalışdırıcılarla görüşlər, toplanışlar keçirmək nəzərdə tutulub.