• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 09.01.2023 19:02

"Turan Tovuz" məğlub oldu

KepezTV Player

Türkiyənin Antalya şəhərində təlim məşq toplanışında Tovuzun Turan klubu bugün Ruminyanın Petrolul klubu ilə yoxlama oynuna çıxıb.  Tovuzlular  5-ci dəqiqədə Nazim Həsənzadənin qolu ilə hesabda önə keçiblər. Ruminyalıların cavabı qarşılaşmanın 27-ci dəqiqəsinə təsadüf edib. Gicu Qrozav hesabı bərabərləşdirib. Matçın 41-ci dəqiqəsində Gicu Qrozav özünün və komandasının 2-ci qoluna imza atıb. Daha istəkli oynayan avropalılar 52-ci dəqiqədə Meyjers ilə hesab arasındakı fərqi 2 topa çatdırıb. Qarşılaşmanın sonlarında təyin olmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Ayxan Hüseynov matçın yekun hesabını müəyyənləşdirib. Turan 2- Petrolul 3. Ayxan Abbasovun yetirmələri yanvarın 13-də İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcəklər. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə  qarşı olacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.