• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 09.01.2023 19:45

Yol qəzasında 4 nəfər yaralanıb

KepezTV Player

Şəmkirdə piyadavurma hadisəsi olub. Olay Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. Olay Gəncə-Şəmkir magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə "VAZ" minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Tovuzda da yol-nəqliyyat hadisəsi baş verib. Olay rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2107” və “VAZ 2016” markalı minik maşınlarının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Lənkəranın Əşlə kəndində İlqar Bayramov "Niva" markalı avtomobildə idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən çaya aşıb. Nəticədə sürücü və sərnişini Ş. Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüblər. Faktla bağlı araşdırma aparılır.