• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 08.01.2023 20:38

Gəncə Olimpiya İdman Kompleksi ilk dəfə ilin yaxşıları sırasında

KepezTV Player

Uzun illər baxımsız durumda olan, ancaq ötən il yeni rəhbər təyin olunduqdan sonra əsaslı şəkildə təmir-bərpa işləri həyata keçirilən Gəncə Olimpiya İdman Kompleksi 2022-ci ilin yekununda mükafata layiq görülüb. İdman qurğusu yubiley, yəni istifadəyə verilməsinin 20-ci il dönümündə ölkənin ən yaxşıları sırasında yer alıb.

Nizami yurdunun əsas idman qurğularından olan kompleks Gənclər və İdman Nazirliyinin ilin yekunlarına dair mükafatlandırma mərasimində 3 mərhələ üzrə seçimlərdə təltif edilib. Federasiyalar, sosial şəbəkə istifadəçiləri və nazirliyin rəyinə əsasən Gəncə Olimpiya İdman Kompleksi ilin ən yaxşı 3-cü idman qurğusu adını qazanıb. Bu həm də idman infrastrukturunun bu nominasiya üzrə ilk nailiyyətidir.

Kompleksin rəhbərliyi göstərilən bu etimadı gələcəkdə doğruldaraq daha yaxşı nəticələr əldə etmək üçün cari il qarşısına bir sıra məqsədlər qoyub. Artıq yanvar ayından etibarən idman qurğusunda bəzi olimpiya idman növlərinin fəaliyyətə başlaması planlaşdırılır.

İlin ən yaxşısı ünvanına qərb bölgəsində yerləşən digər bir idman qurğusu, Göygöl Olimpiya İdman Kompleksi layiq görülüb. 2-ci sırada isə Şəki İdman Kompleksi yer alıb.