Gəncə şəhərinin qışda daha cəlbedici və gözəl görünməsi üçün müxtəlif növ bəzək və dekorativ bitkilərin əkilməsi davam edir. Eyni zamanda əkilən yaşıllıqların soyuqdan və şaxtadan qorunması da diqqətdə saxlanılır.
Gəncədə payız-qış mövsümündə yaşıllıqların saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, şəhərin park və istirahəh məkanlarına, habelə yol kənarlarında Gülçülük sahəsində yetişdirilən müxtəlif növ ağaclar, dekorativ kollar, gül-çiçəklər əkilir, onlara aqrotexniki qulluq gösrərilir. Bu mövsümdə əkilən güllər isə xüsusi ilə seçilir və şaxtaya davamlıdır.
Nazlı Bağırova Gülçülük sahəsinin rəisi: hansı bitkilər qışda əkilməlidi onu deyir.
Gəncədə park və istirahət guşələrinin yaşıllıqlarla təmin edilməsi məqsədil Gülçülük təsərrüfatında 30 növdə 80.000-ə yaxın gül-çiçək və 20 növdə ağac tingləri və kollar yetişdirilir. Qış mövsümü olduğu üçün bu bitkilər istixana şəraitində saxlanılır. Əkilib-becərilən bitkilər daha sonra şəhərin müxtəlif ərazilərinə köçürülür. Soyuğa davamlı olmayan yaşıllıqlar isə, xüsusi qoruyucu vasitələrlə üzlənir.
Turan Xıdırov Gülçülük sahəsinin əməkdaşı: Necə soyuqdan qoruyurlar onu danışır.
Qış mövsümü ilə əlaqədar gətirilən ağaclar əsasən həmişəyaşıl ağaclardır. Şəhərin abadlaşdırılması işləri çərçivəsində bundan sonra da müxtəlif ağac və kol bitkilərinin əkilməsi davam edəcək.
Nərgiz Əhmədqızı
- Baxış: 382