KepezTV Player
Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Rayon sakini, Sahil Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, vətəndaşların haqlı narazılığına səbəb olduğu məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Sahil Qurbanov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
- Baxış: 485