• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 07.01.2023 12:08

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

KepezTV Player

Gəncənin “Kəpəz” futbol klubu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Antalyaya yola düşüb. Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvarın 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.