• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 06.01.2023 18:17

Gəncə marketdə saxta spirtli içkilərin satıldığı aşkarlanıb

Gəncə şəhəri, Sadıllı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı müəssisədə normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Marketdə üzərində istehsal tarixi qeyd olunmayan müxtəlif adda alkoqollu içkilərin satışının həyata keçirildiyi aşkar edilib. Müayinə üçün məhsullardan nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim olunub. Aşkar olunan nöqsanlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol yazılıb.