• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 06.01.2023 13:11

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

"Milli təhlükəsizlik konsepsiyası"na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb. İl ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırlır.