Gəncədən Bakıya sərnişin axını nəzərə alınaraq qatarların sayı artırılıb. Bu ilin martından fəaliyyətini bərpa edən Bakı-Gəncə sürət qatarı gündə 1 dəfə yox, 3 dəfə hər iki istiqamətə hərəkət edəcək. Məqsəd bayram günlərində sərnişin sıxlığını aradan qaldırmaqdır.
Normalda Gəncədən gündə 1 dəfə olmaqla hərəkətə edən sürət qatarının yolda olma müddəti 3 saat 35 dəqiqədir. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə biletlərin onlayn satışa da mümkündür.
Qatarda 9-u birinci, 62-si biznes, 296-sı standart olmaqla, 367 yer mövcuddur. Qiymətlər standart yerlər üçün 15, biznes klass üçün 33, 1-ci klass sərnişinlər üçün 100 manatdır.
Gəncədən Bakıya gediş-gəliş bir qədər də asanlaşıb. Hər ki istiqamətə hərəkət edən qatarların artırılan sayı buna imkan verib. İndi sərnişinlər daha uyğun vaxta mənzil başına çata biləcək.
Yol boyu qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.
- Baxış: 524