• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 29.12.2022 16:35

017 nəfərin vərəsəsinə birdəfəlik ödəmə verilib

KepezTV Player

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə e-sistemlərdə, habelə müvafiq arxivlərdə müvafiq dövr üzrə xəsarətlə bağlı mövcud məlumat əsasında birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək bank hesablarına köçürülüb. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərovun sözlərinə görə, qeyd olunan istiqamət üzrə 16 659 şəxsə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.