• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1377
— 29.12.2022 12:36

Salyanda rayon sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb

KepezTV Player

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Şahin Babayev saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı 300 qrama yaxın marixuana, 40 qramdan artıq heroin, metamfetamin və bir ədəd elektron tərəzi, eləcə də atəşə yararlı bir ədəd "TOZ-8" markalı yivli silah və 37 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.