“Aztelekom” tərəfindən Gəncədə GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin çəkilişinə başlanılıb. Onlayn Azərbaycan layihəsi çərçivəsində yüksək sürətli internetin abonentlər üçün əlçatanlılığı təmin ediləcək.
Vətəndaşlara kəsintiniz və sürətli interneti təmin etmək məqsədilə“Aztelekom” GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Növbəti mərhələsi Gəncədə icra olunan layihə çərçivəsində artıq 8779 ev təsərrüfatı yüksək sürətli internetlə təmin olunub.
Şəhərin V.Xuluflu, Ü.Hacıbəyov, F.Əliyev, Miçurin küçələrində, 1, 3, 4, 5-ci mikrorayonlarında və Şah İsmayıl Xətai, Heydər Əliyev prospektlərində artıq GPON texnologiyası əsasında fiber-optik şəbəkə qurulub. Əhali yüksək sürətli internetlə təmin olunub. Gülüstan, Məhsəti qəsəbələrində isə bu istiqamətdə işlər gedir. Hazırda 692 abunəçi internet xidmətindən yararlanır və yeni qoşulmalar davam edir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli 30 meqabit saniyədən 100 meqabit saniyədək internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi bölgələrdə yüksək sürətli internetin təmin edilməsini hədəfləyib.
- Baxış: 427