• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2252
— 28.12.2022 20:02

Avtobus biletlərini 10 gün əvvəldən almaq mümkündür

KepezTV Player

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişindaşıma sahəsində yenilik edib. Nəqliyyat sisteminin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsilə məqsədilə göstərilən xidmətlərin elektronlaşdırılması aparılıb. Yəni ölkə üzrə biletlərin onlayn formada alınması mümkündür.

Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn biletlər “biletim.az” portalı üzərindən satışa çıxarılıb. Bununla da 10 gün əvvəldən ölkədaxili şəhər və rayonlara biletləri əldə etmək mümkün olacaq.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Gəncə Beynəlxalq Avtovağzalında da xidmətdə yararlanmaqla gediş-gəliş mümkündür.

Sərnişinlər bileti Mobil cihazlar və “biletim.az” saytı vasitəsilə əldə edə bilərlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.

Qarşıdan gələn bayramlarla əlaqədar istirahət günlərində sərnişin sıxlığının müşahidə edilməməsi üçün avtovağzal güxləndirilmiş iş rejimində çalışacaq. Vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün lazım olarsa xəttə əlavə avtobuslar buraxılacaq.