• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 27.12.2022 20:12

Sakinlərin müraciətləri dinlənilib

KepezTV Player

İcra başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, Gəncə sakinlərini narahat edən məsələlərlə maraqlanıb. “Açıq mikrofon” şəraitində keçən görüşdə iştirak edən vətəndaşların müraciətləri arasında maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi, işlə təminat və digər məsələlər üstünlük təşkil edib. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq qaydada həlli istiqamətində müəyyən tapşırıqlar verilib.