• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 27.12.2022 20:01

"Əldə olunmuş irəliləyişlər azdır, səbəbi Ermənistanın mövqeyidir"

KepezTV Player

Post-münaqişə dövründə Azərbaycanın sülh gündəliyinə uyğun olaraq, bu ilin fevral ayında sülhlə bağlı 5 baza prinsipi Ermənistana təqdim olunub. 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə 3 görüş keçirilib, avqustda sülh danışıqlarına başlanılması barədə xarici işlər nazirlərinə tapşırıq verilib.

“Praqa və Soçi görüşlərində qəbul edilən danışıqlarda BMT Nizamnaməsinə uyğun olaraq ölkələrin ərazi bütövlüyünə əsasında sülh danışıqlarının aparılması əksini tapıb. 23 dekabrda üçüncü raund danışıqlarının Moskvada keçirilməsi nəzərdə tutulsa da, Ermənistan bu danışıqları pozub" - deyə nazir qeyd edib.

“Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyin konkret olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, bu məsələ üçtərəfli bəyanat da əksini tapıb. Nazir söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir. Nazir xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə yerləşdirilib: “Bu müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma və ya müqavilə yoxdur. Bu istiqamətdə hazırda hər hansı bir danışıqlar aparılmır”.