• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 26.12.2022 18:44

Ən intizamlı və intizamsız komandalar bəlli olub

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub. Qış fasiləsinədək ən intizamlı kollektiv "Qarabağ"dır. "Köhlən atlar" geridə qalan 18 tur ərzində ümumilikdə 24 sarı vərəqə alıb. Çempionatın ən intizamsız komandası isə "Kəpəz"dir. Gəncə təmsilçisi ilk 2 dövrədə ümumilikdə 52 vərəqə ilə cəzalanıb ki, bunların 45-i sarı, 7-si isə qırmızıdır. Passivində 31 sarı və 2 qırmızı vərəqə olan "Turan Tovuz" isə "Qarabağ"dan sonra 2-ci ən intizamlı komandadır.