• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 26.12.2022 19:54

Yeni il dekorlu fotosessiyalara maraq artıb

KepezTV Player

Sayılı günlər qalan yeni ilə hər kəs bir formada hazırlaşır. Kimisi, biş-düş barədə fikirləşir, bəziləri hədiyyə dalınca qaçır, uşaqları necə sevindirmək barədə düşünürlər. Bunların sırasına bayram çəkilişlərini, yəni fotosessiyanı da qatanlar son zamanlar artıb. İndi yeni il dekorlu fotostudiolara edilən müraciətlərdən məlumat verəcəyik.

Bayram ərəfəsidir, hər kəs yeni ili bir cür qarşılamaq, ya da tarixiləşdirərək əlamətdar atməyə çalışır. İllər boyu yaşayacaq ən yaxşı vasitə isə elə illərin sınağından keçən fotolardır. Bu üzdən Gəncədəki fotostudiolarda qələbəlikdir. Qurulan dekorlar, yeni il atributları və geyimləri müraciət edən müştərilərin zövqünə və cibinə uyğun təmin edilir. Odur ki, foto aparatın imkanları və sayı da qiymətlərə təsir edən amillər sırasındadır.
Bayrama görə, çəkiliş günləri və saatları məhdud olduğu üçün qabaqcadan şəkil çəkdirmək istəyənlər öncədən növbəyə yazılır. Böyüklərlə iş asan olsa dailələri, ələxsus da körpələrlə gələnlər vaxt, hazırlıq və kadrın alınması baxımından bir qədər uzanır.
Qapalı məkanlarla yanaşı, açıq havada da şəkil çəkdirmək istəyənlər az deyil. Odur ki, dekorlar da uyğun olaraq yenilənir.
Bir fotosessiya, müxtəlif aksesuarlarla şəkil çəkdirmək, orta hesabla 35-40 dəqiqə zaman alır. Hər ili özünəməxsus əbədiləşdirmək üçün əlinizin cibinizdə, cibinizin isə dolu olması diləyi ilə...

Nərgiz Əhmədqızı