• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 26.12.2022 16:16

Gəncə tarixinin aktual problemləri müzakirə edilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində “Şuşa ili”nə həsr edilən “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransa Bakı, Gəncə, Şəki və Lənkaran şəhərlərindəki elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb. Konfrans “Gəncə şəhəri qədim və orta əsrlər dövründə”, “Dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” mövzularına aid 3 bölmə üzrə aparılıb. Konfransa ümumən 76 məruzə təqdim edilib. Elmi komissiyasının qərarına əsasən bu məruzələrdən 38-i seçilərək konfrans proqramına daxil edilib. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.