Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on beş gündür davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiyada etirazçılar havanın şaxtalı olmasına baxmayaraq, yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır - ekoloji terrora son qoyulsun.
Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Belə ki, yoldan Rusiya sülhməramlılarına məxsus daha 5 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Həmin avtomobillər Xankəndindən Laçın istiqamətinə keçib. Daha bir avtomobil isə Laçından Xankəndi istiqamətinə hərəkət edib.
- Baxış: 282