• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 25.12.2022 20:44

Gəncədə bayram ab-havası yaşanır

KepezTV Player

Yen ilin rəmzlərindən biri sayılan küknar ağacı, ya da elə el arasında deyilən yolka uşaqların sevimlisidir desək yanılmarıq. Hər il bəzədilən bu ağacın ətrafında şəkil çəkdirmək adət halını alıb. Şəhərimizdə də artıq qurulması başa çatan küknar ağacları bayram ab-havası yaradıb.‸

Artıq yeni ilin gəlişinə sayılı günlər qalıb. Şəhərdə bayram ab havası hiss olunur. Şəhərin müxtəlif yerlərində yolkalar bəzədilib, mağzaların vitrinləri bayram abu havasına boyanıb.

Şəhərin baş meydanı, parkları və küçələri yeni il atributları, küknar ağacları və müxtəlif atributlarla bəzədilib. Şəhərin mərkəzi küçələrində yerləşən mağzaların vitrinlərində yeni illə əlaqədar endirimlərin olduğu yazılar əks olunub. Yeni ilə aid xonçalar, suvinirlər və oyuncaqlar demək  olar ki, hər mağazada ən çox satılan məhsullardandır.

Arzuman Səfərov  satıcı: təlabatdan hədiyyələrin qiymətindən danışır.

Hədiyyə ilə yanaşı uşaqlarını şəhərdə qurulan yolkalarla şəkil çəkdirmək üçün gətirən valideyinlər də var. Mərkəzi meydanda, Heydər Əliyev parkının girişində, Zabitlər evinin qarşısında quraşdılrılan küknar ağacları əhali tərəfindən daha çox diqqət çəkir.

Bir neçə gündən sonra pələngi yola salıb dovşan ilini qarşılayacağıq. Astroloqların sözlərinə görə dovşan ili özü ilə çoxlu uğur və xoşbəxlik gətiricək.Yeni ilin ölkəmiz və xalqımız üçün düşərli olması diləyilə.