• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 24.12.2022 19:50

Uşaqlara 1800-ə qədər adın verilməsinə icazə yoxdur

KepezTV Player

Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atır. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir. Düzdür, ölkəmizdə bəzi adların qoyulması qadağan olunsa da uşaqlara gələcək həyatının başlanğıcı olan adqoyma ilə bağlı qəribəliklər hələ də müşahidə edilir. 
Nə qədər qəribə səslənsə də uşaqlara qəribə adların qoyulmasına şahidlik edirik. Hətta ağla gəlməyən adlarla uşaqlarını çağırmaq istəyənlər var. Bunu fərqlilik, yenilik kimi dəyərləndirmək olar. Ancaq ad seçərkən onun gəlcəkdə necə çağrılacağını düşünmək lazımdır.
Ayda, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Qəribə və Gilə. Bu adlar ötən il yeni doğulan körpələrə verilən qəribə adlar siyahısındadır. İndiyədək 1800-ə qədər adın verilməsi qadağan edilsə də, görünür siyahının genişləndirilməsinə ehtiyac var
Belə adlar gələcəkdə uşaqlarda kopleks yarada, cəmiyyətdən kənarlaşaraq hətta özünə qapanma halına gətirib çıxara bilər. Şəhər əhalisi arasında keçirdiyimiz sorğu zamanı bəzi valideynlər müasir adlara üstünlük verdiklərini, bəziləri isə keçmiş adların- Azərbaycan mentalitetinə uyğun olan adların uşaqlara verilməsini daha məqsədəuyğun hesab edirlər.
Bəzi insanlar adların insan taleyinə yön verdiyinə, ona təsir etdiyinə inanırlar. Ona görə də əksər valideynlər övladlarına ad seçərkən gələcəkdə görmək istədikləri, öz arzularının təzahürü olan adlara üstünlük verirlər.
Düzdür ad insanı ucaltmır insan adı ucaldır. Bununla belə yenə də mütəxəsisləır mənası gözəl və qulağa xoş gələn adlara üstünlek verilməsi tövsiyyə edir.