Hər il olduğu kimi, bu ildə Gəncədə qripə qarşı vaksinin tətbiqinə başlanılıb. Şəhər xəstəxanalarına verilən peyvənd 6 ayından olan uşaqlardan ahıl yaşadək hərkəsə vurula bilər.
Qış aylarında həm böyüklər, həm də uşaqlar arasında infeksion xəstəlik olan qripə yoluxmada artım müşahidə edilir. Buna görə də, hər ilin dekabrında aparılan peyvəndləmə prosesi insanlarda qripə qarşı imunitet yaratmaq məqsədi daşıyır. Belə olan halda insan infeksiyaya ya yoluxmur, ya da xəstəliyi yüngül formada keçirir.
Vaksin hazirki epidemioloji mövsümdə ən aktiv olan qrip virusun 4 ştamına qarşı effektivdir. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.
Hər hansı bir səbəbdən peyvəndləmədən kənarda qalan şəxslər növbəti aylarda immunlaşadan keçə bilərlər. Peyvəndin qoruyuculuq müddəti isə 6-8 aydır.
Nərgiz Əhmədqızı
- Baxış: 378