• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 24.12.2022 16:20

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır"

KepezTV Player

İrəvanın Ermənistana bağışlanmasını müxtəlif səbəblərlə izah etməyə çalışanlar o vaxt da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deyib. Dövlətimizin başçısı fikirlərini davam etdirərək bildirib ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistanın və ermənilərin kifayətlənəcəyini düşünənlər böyük səhv edirdilər və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi.

Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Prezident onu da deyib ki, bu gün biz artıq Bala Göyçənin sahilindəyik. "Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir".

“Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, onlar revanş fikri ilə yaşayırlar”, - dövlətimizin başçısı vurğulayıb. Prezident əlavə edib ki, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq. Dövlət başçısı onu da deyib ki, Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirmək xalqımıza qarşı növbəti cinayət idi. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar" - deyə Prezident İlham Əliyev vurğulayıb. Laçın rayonunda baş verən hadisələrə münasibət bildirərkən dövlət başçısı söyləyib ki, "Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil".

"Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan" - deyən Azərbaycan Prezidenti Laçın rayonunda baş verən hadisələrə də münasibət bildirib.