• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 23.12.2022 21:46

Gədəbəyin Slavyanka kəndi yüksəksürətli internetlə təmin edilir

KepezTV Player

Gedebey Aztelekom terefinden genish zolaqli xidmetlerle temin olunub. Bele ki onlayn azerbaycan layihesi cherchivesjnde rayonun slavyanka kendinde yerleshen 1004 ev yuksek suretli internetle ehate edilib. 5 minə yaxın sakinin yaşadığı Slavyanka kəndində əvvəllər də internet olub, lakin şəbəkənin sürəti zəif olduğundan vətəndaşlar ondan rahat istifadə edə bilməyiblər. Slavyankadan əlavə, rayonun Zəhmət, Qarabulaq, Xarxar, Maarif, Daşbulaq kəndlərinin, eləcə də Şınıx zonasının 28 kəndininin layihəsi də artiq hazirdir. Tamamlanma işləri planlı şəkildə həyata keçirilir. Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün işlər görülür. 2024cü ilin sonuna kimi bütün ölkə üzrə yüksək sürətli internetin tam təminatı başa çatdırılacaq.