• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 23.12.2022 21:19

Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıblar

KepezTV Player

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. "Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Əminəm ki, gündəlikdə duran aktual ikitərəfli və regional məsələlərə dair sıx birgə işimizi davam etdirəcəyik" - deyə Vladimir Putin qeyd edib.
Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubunda "Əminəm ki, səylərimizi əsirgəmədən strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək, Qafqazı əlaqə mərkəzinə və regionumuzun tarixi etnik identikliyini əks etdirən qlobal təhlükəsizlik və sabitlik məkanına çevirəcəyik", -deyə vurğulayıb.
Qırğız Prezidenti Sadır Japarov da Prezident İlham Əliyevi təbrik edib, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsinin Qırğız Respublikası ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacağını qeyd edib.
Serbiya Prezidenti Aleksandar Vuçiç dövlətimizin başçısına təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında prinsipial qarşılıqlı dəstək əlaqələrinin həmişəkindən daha aydın şəkildə özünü göstərdiyini bildirib.
Ukraynanın Prezidenti Volodimir Zelenski isə Prezident İlham Əliyevə təbrikində Azərbaycanın ölkəsinin suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirdiyini qeyd edib.