• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 23.12.2022 16:09

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

KepezTV Player

AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verənlərə hüquqi qiymət verib. Ev sahiblərinin qapıçısı Tərlan Əhmədli və qonaqların müdafiəçisi Mate Kvrikvia ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib. Azarkeşləri matçın rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün hər iki klub 4 000 manat ziyana düşüb. "Turan Tovuz" meydana kənar əşyaların atılmasına görə 1 600 manat ödəcəyək. Bundan əlavə, klub bəzi kənar şəxslərin meydana girməsi səbəbindən 1 600 manatından keçməli olacaq. Tovuz təmsilçisi pirotexniki vasitələrdən istifadəyə görə isə 800 manat məbləğində cəriməyə məruz qalıb. Qərara əsasən, “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan - oturacaqların sındırılması Gəncə təmsilçisi tərəfindən tam ödənilməlidir.