KepezTV Player
"Qantas Airways" şirkətinin Sinqapur-London reysi həyata keçirərkən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər. İki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Bakıya qəza eniş edib. Hava gəmisinin kapitanı Gürcüstanın hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib. Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biri olduğundan siqnalı qəbul edib.
- Baxış: 249