• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 23.12.2022 15:35

Əyyublu kəndində kişi meyiti tapılıb

KepezTV Player

Tovuz rayonunun Əyyublu kəndində su arxının kənarında kişi meyiti tapılıb. Polisə daxil olan məlumat əsasında Tovuz rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində gözlə görünən zorakılıq əlamətləri olmayan meyit müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.