KepezTV Player
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla onun həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub. Məlumata görə, Məstəliyev rayonda "Eşşək Tahir" ləqəbi ilə tanınır.
- Baxış: 277