• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 22.12.2022 16:02

"Gəncə" komandası məğlub olub

KepezTV Player

Azərbaycan Basketbol Liqasında XI tura start verilib. Açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb. Ən məhsuldar basketbolçular "Gəncə"dən 16 xal və 6 asistlə Kolin Törner və "Sabah"dan 22 xal, 7 ribaundla Kamran Məmmədov olub. Turun digər oyunlarında "Xırdalan" - NTD, "Sərhədçi" - "Zirvə Astara" və "Olimpik Şəki" - "Neftçi" komandaları qarşılaşacaqlar. Görüşlər 24 və 25 dekabrda baş tutacaq.