• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 22.12.2022 16:23

Avtomobildə yaranan alov evə keçib

KepezTV Player

Şəmkir şəhərinin Niyazi küçəsində Samir Mustafayevə məxsus fərdi yaşayış evində yanğın baş verib. Alov əvvəlcə həyətdə dayanmış avtomobildə yaranıb, daha sonra evə keçib. Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq Samir Mustafeyevə məxsus avtomobil tam, fərdi yaşayış evinin talvar hissəsi isə qismən yanıb. Alov söndürülüb. Hadisə vaxtı xəsarət alan olmasa da, təcili tibbi Yardım briqadası tərəfindən hadisənin şokunda olan ev sahiblərinə tibbi yardım göstərilib. Yanğının baş vermə səbəbləri araşdırılır.