• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 21.12.2022 20:51

Azərbaycan və Serbiya prezidentləri arasında təkbətək görüş olub

KepezTV Player

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Serbiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. "Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar" - deyən Prezident İlham Əliyev vurğulayıb ki, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb.Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq. Nəqliyyat-logistika sahəsində böyük potensial var.

İlham Əliyev Azərbaycan Prezidenti: Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.

Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.

Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.