Uşaqların xəstəlik və infeksiyalardan uzaq qalmasında vurulan peyvəndlərin əhəmiyyəti az deyil. Ələxsus da vurulması vacib sayılanları var ki, onlar immun sisteminin möhkəmləndirilməsində böyük rola malikdir. Bəzi valideynlər isə buna lüzum görməyərək uşaqları peyvənddən kənarda qoyurlar. Sonra isə xoşagəlməz hallarla rastlaşmaq riski yaranır.
Azərbaycanda bəzi valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə istəmirəm yanaşması ilə saslandırırlar. Əslində isə buna həkim qərar veməli, uşaq yoxlanmalı və tam sağlamdırsa peyvəndi mütləq olunmalıdır.
Nuranə Nəcəfova həkim-pediatr: Peyvənddən qabaq uşaqlar mütləq yoxlanılır. Ehtiyyac olarsa lobarator müayinə olunur. Pediatr əmin olanda ki, uşaq tam sağlamdır onda peyvənd vurulur. Peyənddən sonra müəəyən narahatlıqların olması normaldır. Biz valideynləri tam başa salırıq.
Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Amma bəzi uşaqların bundan kənaq qalması xəstəliklərin baş qaldırmasına əsas yaradır.
Bu istiqamətdə valideynlərlə maarifləndirici söhbətlər aparılmaqla yanaşı peyvəndin üstünlüklərini özündə əks etdirən braşurlar da hazırlanır paylanılır. Bunun nəticəsidir ki, son dövrlər peyvənddən kənarda qalan uşaqların sayında azalma müşahidə edilir.
Nuranə Nəcəfova həkim-pediatr: Hər peyvənd nə üçündür, niyə vurulur biz onu valideynlərə izah edirik. Braşurlar paylayırıq. Xüsusən anaları maarifləndiririk. Bu tədbirləri apardıqdan sonra peyvəddən qaçan valideynlərin sayı azalır. Həm də, yoluxucu, virus xəstəlikləri artır buna görədə valideynlər can atırlar ki, peyvənd vurdursunlar.
Peyvənd yalnız səhhətində nasazlıq, allergik kəskinləşməsi, ciddi xəstəliyi olan uşaqlara əks göstəriş ola bilər. Polimielit, göy öskürək, difteriya, hepatit və digər xəstəliklərə qarşı 1-6 yaş arası uşaqlara 20 631 peyvənd vurulub.
Nərgiz Əhmədqızı
- Baxış: 245