• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 20.12.2022 19:24

Növbəti yarımfinalçı qərb debisində müəyyənləşdi

KepezTV Player

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı qərb derbisində bəlli olub. “Turan Tovuz” “Kəpəz”i qəbul edib. İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. Əvvəlcə 15-ci dəqiqədə Faiq Hacıyev hesabı açıb. Bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət edib. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Hücumda təşəbbüsə yiyələnən qonaqlar hesabda tarazlıq yaradıblar. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib. Oyunun son anlarında "sarı-göylər"in gürcüstanlı futbolçusu Mate Kvirkvia çərimə meydançasında kobudluğa məruz qalsa da, hakim davam işarəsi verib. VAR da referini fikrindən döndərə bilməyib. Belə də ikinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb. Oyun bitdikdən sonra meydanda futbolçular arasında dava düşüb. Hakim hər iki tərəfə qırmızı vərəqə göstərib.