İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq Türkiyənin Baş konsulu Zeki Öztürklə görüşüb.Zeki Öztürkün Gəncənin ağır dönəmlərində gəncəlilərin yanında olduğu, öhdəsinə düşən vəzifəni layiqincə və şərəflə yerinə yetirdiyi vurğulanıb. Niyazi Bayramov konsulun uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Zeki Öztürk Gəncədən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Gəncənin ictimai-siyasi və mədəni həyatında, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi xüsusi fəallığa və fədakarlığa görə Zəki Öztürk “Təşəkkürnamə” ilə təltif edilib.
- Baxış: 266