• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 19.12.2022 20:32

Tibb işçiləri və məktəblilər maarifləndiriliblər

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Birləşmiş Xəstəxanası Publiki Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Erkən nigah və qohum nigahlarının mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tibb işçiləri eləcə də şəhərin məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə erkən nigah və qohumlar arasında nigah hallarının Azərbaycanda aktual ailə problemlərdən biri olduğu vurğulanıb. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadan gəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğuna diqqət çəkilib. Erkən eləcə də qohum nigahlarından uzaq durmağın vacibliyi tövsiyyə olunub. Tədbirdə mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.