• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 18.12.2022 19:55

Yeni il hədiyyəsi alarkən diqqətli olun!

KepezTV Player

Daha çox uşaqların sevdiyi bir bayramın astanasındayıq – Yeni il bayramının. Bu bayramda hər kəs öz övladını bir cür sevindirir. Valideyinlərin çoxu isə mağazalarda satılan hazır şirniyyat qutularını almağa üstünlük verirlər. Belə qutuların içərisindəkilərdən asılı olaraq qiyməti dəyişdiyi kimi, oradakı məhsulların keyfiyyəti də fərqli ola bilər. Odur ki, hədiyyə alarkən diqqət yetirilməli məqamlar var.

Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Bu günlərdə mağaza və marketlərin satışında ən çox rast gəlinənən məhsullardan biri yeni il hədiyyələridir. Ancaq bu hədiyyələrin içərisində olan məhsullları əvvəlcədən müəyyənləşdirmək olmur. Ona görə də alarkən diqqət edilməli bəzi məqamlar var.

Satışda olan yeni il hədiyyələri müxtəlif qiymətlərlə alıcılara təqdim olunur. Ancaq bu hədiyyələrin içərisindəki məhsulların keyfiyyyətinin qiymətə nə dərəcədə uyğun olduğunu demək bir qədər çətindir. Çünki alarkən bağlamanın açılmasına imkan verilmədiyindən içərisindəkilərin nədər ibarət olduğu və istifadəyə yararlı olub-olmadığını müəyyən etmək olunmur.

Həkimlər isə vitamini zəngin olan məhsullarla hədiyyə qutularının hazırlanmasını məsləhət görür. Valideynləri hədiyyələrə nəinki qida məhsulları, elə oyuncaqlar qoyarkən də diqqətli olmağa səsləyirlər.

Valideyinlər hədiyyə seçərkən bütün bu məsləhətlərə diqqət etsələr övldlarınının sağlamlığı üçün də təhlükə olmaz, bayramda uşaqlara sevinc bəxş etmiş olarlar.