Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda yeni laboratoriya yaradılıb. Burada qərb bölgəsində ilk dəfə yemin tərkibinin öyrənilməsi həyata keçirilir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda "Yemləmə yemlər və yem əlavələri" laboratoriyası elmi tədqiqatların aparılması və fermerlərə xidmət baxımından əhəmiyyət kəsb edir. Burada heyvanlara verilən bütün növ yemlərin tərkibini analiz etmək mümkündür.
Heyvana verilən qarğıdalı, yonca eləcədə soya kimi yemlər var ki, həmin yemlər bu labaratoriyyada analiz edilir. Analiz edildikdən sonra həmin yemlərin nəticələri barədə fermerlərə məlumat verilir.
Heyvana verilən qarğıdalı, yonca eləcədə soya kimi yemlər var ki, həmin yemlər bu labaratoriyyada analiz edilir. Analiz edildikdən sonra həmin yemlərin nəticələri barədə fermerlərə məlumat verilir.
Bəzi hallarda fermerlərin yemləmədə yol verdiyi səhvlər heyvanın xəstələnməsi və ya məhsuldarlığın aşağı düçməsinə səbəb olur. Həmçinin laboratoriyada yem üzrə alınan nəticələrin elmi tədqiqat işlərində tətbiqi də mühüm hesab edilir. Yemlərin tərkibi barədə məlumat isə maksimum 2 günə hazır olur.
Elnur Vahidoğlu
- Baxış: 372