• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 16.12.2022 15:39

Avtomobilin vurduğu 1 nəfər ölüb, 4-ü yaralıdır

KepezTV Player

Tovuzda ağır yol qəzası baş verib. Hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 55 yaşlı Asim Hacımahmudovun idarə etdiyi “Volqa QAZ 24” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Bu zaman avtomobil bazar ərazisində olan piyadalar-Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb,araşdırma aparılır.