• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 15.12.2022 20:20

Açıq şəhər çempionatı start götürüb

KepezTV Player

Futzal üzrə Gəncə şəhər açıq çempionatı başlayıb. Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən və 31 dekabr dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunan yarışın rəsmi açılış mərasimində hər il ənənəvi olaraq bu cür birinciliklərin təşkil edildiyi və beləcə idmançıların da öz birliyini nümayiş etdirdikləri qeyd olunub. Çempionat açıq xarakterli olduğundan universitet komandaları ilə yanaşı, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri də iştirak edir. Ümumilikdə yarışda 6 komanda qüvvəsini sınayır. İlk oyun günü Telekom və Uteca futzalçıları üz-üzə gəliblər. Qarşılaşmada 2-cilər 3 cavabsız qolla qalib gəlib.