Bu gün səhər saat 09:00 radələrində Bakı-Qazax-Gürcüstan magistralının Ağstafa rayonunun Qırılı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi olub. Qəza zamanı "Mersedes" markalı mikroavtobusla "Opel" markalı minik maşını toqquşub. Nəticədə mikrovtobusda olan bir neçə sərnişin yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan Təcili Yardım Briqadası tərəfindən yarılılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxşdir. Minik maşınında olan bir sərnişin isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər həmin yaralının da həyatı üçün təhlükə olmadığını deyirlər. Mikrovtobusun sürücüsü və sərnişininin sözlərinə görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Qəzanın dəqiq səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımında araşdırılır.
- Baxış: 478