• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 14.12.2022 19:28

Bol qollu, ədalətli heç-heçə

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun növbəti görüşləri baş tutub. İkinci oyun günü Kəpəz evdə Sabahı sınağa çəkib.
Hər kəs çempionluq uğrunda iddialılardan olan bakılıların Nizami yurdunda qalib gələcəyini düşünsə də, bu belə olmayıb. Düzdü qonaqlar start fitindən dərhal sonra hücuma atılsalarda da, “Kəpəz” tədricən qarşılaşmada üstünlüyü ələ ala bilib. Ancaq buna baxmayaraq paytaxt kollektivi 33-cü dəqiqə hesabı açmağa nail olub. Sağ cinah asmasını Coy Lens Mikels başıyla tora salaraq komandasını önə keçirib. Sarı-göylərin cavabı çox çəkməyib. Cəmi 2 dəqiqə sonra dağlılar heyətində ən məhsuldar futbolçu olan Abdullahi Şuaybu qapıya yol tapıb. Fasilədən sonra meydan sahibləri oyuna daha istəkli başlayıblar. Bunun nəticə kimi 73-cü dəqiqədə Şuaybu dubl edərək “Kəpəz”i hesabda irəli çıxarıb. Gəncəlilər bu nəticəni sonadək qoruya bilməyiblər. 87-ci dəqiqədə görüşdə ikinci dəfə status-kvo bərpa olunub. Aleksey Kaşuk da qol vuranların sırasına qoşularaq bərabərliyi təmin edib. 2:2. Əsas vaxta əlavə olunan dəqiqələrdə Sabah azlıqda qalıb. Ceyhun Nuriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydan qovulub. Lakin gəncəlilər oyunun sonunadək say üstünlüyündən istifadə edə bilməyiblər və görüş sülhlə bitib.