• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 14.12.2022 19:38

Tarixi qəbirlərin mühafizəyə ehtiyacı var

KepezTV Player

Tarixi abidələr bir xalqın keçmişini, keçdiyi inkişaf dövrünü təcəssüm etdirir. Bu keçmişin önəmli bir hissəsini isə qədim qəbiristanlıqlar qoruyub saxlayır. Bu baxımdan Gəncənin qədim məzarlığı - "Səbiskar" xüsusi önəm daşıyır. Bəs orda olan qədim türbələr, qəbirlər yetəri qədər mühafizə olunurmu? Əməkdəşamız Nərgiz Əhmədqızı araşdırma aparıb, izləyək.
Gəncə şəhərinin mərkəzində yerləşən, tarixi isə XVI əsrə dayanan Səbiskar qəbirstanlığındayıq. Hansı ki, bizim burda yazıçılarımız, bəylər, xanlar uyuyurlar. Təəssüflər olsun ki, onların qəbirləri, türbələri yararsız haldadı.
Qəbir daşları da yerləşdiyi torpağın malik olduğu tarixdən xəbər verir. Gəncənin mərkəzində yerləşən Səbiskar qəbirstanlığı da, bizim tariximizin bir parçası olmaqda orada uyuyan şəxslərin məzarları, qəbirüstü abidələri və türbələri ilə zəngindir. 
Səbiskarda qərb bölgəsinin adlı sanlı şəxsiyyətləri, bəyləri, yazıçıları dəfn olunub. Burda Xoyskilərin, Məhəmmədxanovların, Difai partiyasında aparıcı rol oynayan Yağnalıların qəbirləri var. 
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional idarəsindən verilən məlumata görə, qəbirstanlıqda 17 türbə qeydiyyata alınıb. Amma qəbirlər haqqında eyni sözü söyləmək olmur.
Bu məzarlıqda hazırda 21 türbə və bəylərə, ziyalılara məxsus, tarixi özündə yaşadan qəbirlər var. Təəssüflə demək olar ki, bu tarix bir necə ildən sonra itə bilər. Belə olanda gələcək nəsillər, Gəncədə kimlərin yaşadığını, bu qədim qəbirstanlıqda kimlərin uyuduğunu bilməyəcəklər. Tariximizə sahib çıxaq ki, gələcəyimiz unutqan olmasın.

Nərgiz Əhmədqızı