• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2011
— 14.12.2022 16:20

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçirilib

KepezTV Player

Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib. *** Prezidentlərin geniş tərkibdə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistanın bir-biri ilə etnik, dini-mədəni köklər, ortaq mənəvi dəyərlərlə sıx bağlılığını qeyd edib, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsinin münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmasına toxunaraq, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasını da xatırladıb. Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etdiyini, bunun nəticəsində önəmli tranzit ölkəsinə çevrildiyini diqqətə çatdırıb. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.