• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2131
— 13.12.2022 20:40

Şagirdlərin ingilis dili bacarıqları təkmilləşdirilir

KepezTV Player

Gəncədə aztəminatlı icmalar üçün ingilis dili proqramının açılış mərasimi keçirilib. Şəhərin 12, 14, 26, 32, 34 və 43 saylı orta məktəblərin 50 şagirdi üçün nəzərdə tutulan proqram ABŞ hökumətinin təhsil sahəsinə verdiyi dəstək kimi dəyərləndirilib. Qloballaşan iqtisadiyyatda ingilis dilini öyrənmək, xaricdə təcrübə əldə etmək, təhsil və peşəkar təcrübəni genişləndirməyin vacibliyi vurğulanıb. Bunun Azərbaycan və ABŞ arasında körpülərin qurulmasındakı roluna toxunulub. Dərslər noyabrda başlayıb və 2023-cü ilin iyun ayına kimi davam edəcək. Son 4 ildə ABŞ Səfirliyi tərəfindən Azərbaycanın bir sıra regionlarında 500-ə yaxın şəxsin ingilis dili bilikləri təkmilləşdirilib.

Salman Hacı  ABŞ səfirliyinin müşaviri: Bundan əlavə, ABŞ Səfirliyi Şimali Karolina Dövlət Universiteti ilə birlikdə Azərbaycan universitetlərində və orta məktəblərində ilkin testlər, müəllim hazırlığı, habelə Azərbaycandakı ingilis dili müəllimləri şəbəkəsinin gücləndirilməsi vasitəsilə universitet və ümumtəhsil məktəblərində yüksək keyfiyyətli ingilis dili təhsilinin inkişafını təşviq edən İngilis Dili Bacarıqının Gücləndirilməsi layihəsinin üçüncü inteqrasiyası üzərində çalışır. Səfirlik, həmçinin, Bakı, Gəncə, Mingəçevir, Şəki və Lənkərandakı universitetlərdə ingilis dili bölmələrində müəllim və tələbələrlə çalışan altı Fulbrayt İngilis Dili Tədris Köməkçisini və üç İngilis Dili Təqaüdçüsünü dəstəkləyir.